Xəbər lenti

Özünü yandıran Qarabağ qazisi öldü
Ölkə18:30 28.12.2013

Özünü yandıran Qarabağ qazisi öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Özünü yandıran Qarabağ qazisi Zaur Həsənov 28 dekabr, saat 22.10 radələrində dünyasını dəyişib. 

Bu barədə musavat.com-a jurnalist Rey Kərimoğlu məlumat verib. Az sonra geniş məlumat və şəkillər verəcəyik.

Qeyd edək ki, bir neçə gün üzləşdiyi haqsızlıqlara etiraz etmək məqsədi ilə Azərbaycan Həmkarlar Konfederasiyasının binası qarşısında özünü yandıran Qarabağ qazisi Zaur Həsənov bu gün axşam saatlarında müalicə olunduğu 5 saylı şəhər klinikasında koma vəziyyətinə düşüb. O, deputat Səttar mehbalıyev tərəfindən obyektinin əlindən alınmasına etiraz olaraq özünü yandırıb.

Qaynar.info