Xəbər lenti

“Paşinyan Kremlin tələbinə əməl edəcək” - Ekspert
Dünya 17:17 07.12.2023

“Paşinyan Kremlin tələbinə əməl edəcək” - Ekspert

"Rusiyanın təzyiqi artan kimi, Ermənistan Moskva platformasında danışıqlara razı olacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Rusiya XİN sözçüsü Zaxarovanın fikirlərini şərh edərkən deyib.

Ekspert bildirib ki, Mariya Zaxarovanın Azərbaycan haqqında dedikləri heç də yeni deyil:

”Azərbaycan sülh müqaviləsi məsələsi gündəmə gələn gündən platformanın onun üçün əhəmiyyət kəsb etmədiyini, istənilən platformada danışıqlar aparılması, hətta sülh müqaviləsinin imzalanmasına hazır olduğunu dəfələrlə bildirib. Bu platformalar Vaşinqton, Brüssel və Moskva platformalarıdır. Yaxın aylara, xüsusən də sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatına qədər bu istiqamətlərdə danışıqlar aparılırdı. Ermənistan da müəyyən müddət Moskva platforması əsasında keçirilən görüşlərdə iştirak edirdi. Amma Avropa İttifaqının bəzi ölkələri, xüsusən də Fransa və ABŞ-ın məsələyə müdaxiləsindən və İrəvanın Rusiyaya demarş edərək, Vaşinqton və Avropaya istiqamət götürməsindən sonra, Moskva görüşləri boykot edilir. İrəvanda hesab edirlər ki, Qərb platformalarında imzalanacaq sülh müqaviləsi Ermənistanın mənafeyinə xidmət edəcək”.
 


Politoloq hesab edir ki, məhz, bu səbəbdən İrəvan Qərb platformalarına üstünlük verir:

”Düşünürəm ki, sülh müqaviləsinin Rusiya və ya Qərb məkanında imzalanmasında əsas məqsəd onun Azərbaycan və Ermənistana xidmət etməsi məsələsi olmalıdır, yer məsələsinin önəmi yoxdur”.

Ekspert qeyd edib ki, Ermənistanın Moskva platformamasını seçməməsinin əsas səbəbi Qərbin bunu ondan tələb etmələrilə bağlıdır:

”Müqavilənin Moskvanın patronajlığı altında imzalanması gələcəkdə İrəvanın Ruisyadan qopmasına əngəl törədə bilər”. 

Həmsöhbətimiz deyib ki, Zaxarovanın həmin açıqlaması sülh müqaviləsi üzrə danışıqların Moskvada keçirilməyəcəyinə də dəlalət etmir: "Ermənistan rəhbərliyi gün ərzində fikrini dəfələrlə dəyişənlərdən ibarətdir. Bu mənada düşünürəm ki, Rusiya tərəfindən hər hansı bir təzyiq gələn kimi, İrəvan fikrini dəyişərək, danışıqlar üçün Moskva platformasına razılıq verə bilər”. 

Qeyd edək ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Rusiya sülh sazişi ilə bağlı Ermənistan və Azərbaycana Moskvada və üçüncü ölkələrin ərazisində keçirilən çoxtərəfli tədbirlər çərçivəsində görüşmək üçün təkliflər göndərdiyini deyib. Onun  sözlərinə görə, Azərbaycan Rusiyanın təklifinə müsbət cavab verib:

"Bakı bizə hər zaman danışıqların keçirilməsinə hazır olduğunu təsdiqləyib. Təəssüf ki erməni  tərəfdaşlarımızla bağlı bunları deyə bilmərik. Ola  bilsin, onlar hesab edirlər ki, Vaşinqtondan, Brüsseldən və Parisdən olan yeni "məsləhətçi”lərin daha maraqlı, daha yaxşı, daha səmərəli təkliflər verə bilərlər”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->