Xəbər lenti

Qazlar Finlandiyanı aclıq təhlükəsi ilə üz-üzə qoya bilər - Təcili çağırış
Dünya 21:10 28.05.2025

Qazlar Finlandiyanı aclıq təhlükəsi ilə üz-üzə qoya bilər - Təcili çağırış

Finlandiyanın kənd təsərrüfatı və meşə məhsulları istehsalçılarını təmsil edən MTK federasiyası bildirir ki, ağbaş qazları ölkənin kənd təsərrüfatına ciddi ziyan vurur.

Qaynarinfo xəbər verir ki, ekspertlərin proqnozlarına görə, 2025-ci ilin yazında bu quşlar rekord həcmdə məhsul itkisinə səbəb ola və ölkədə ərzaq qıtlığı riski yarada bilər. Mövcud vəziyyətin təcili tədbirlər tələb etdiyi bildirilir.

Lakin problem ondadır ki, ağbaş qazlar mühafizə olunan növ hesab olunur və onların ovlanması ciddi şəkildə qaydalarla məhdudlaşdırılıb. Bu quşların vurulması üçün icazə almaq isə çətin və bürokratik bir prosesdir.

MTK-nın idarə heyətinin sədri Yuxa Marttila məsələ ilə bağlı deyib: "Kənd təsərrüfatı və meşə təsərrüfatı nazirləri ilə ətraf mühit naziri bu vəziyyətdən çıxış yolunu təcili şəkildə tapmalıdır. Bu məqsədlə Avropa İttifaqının qüvvədə olan bəzi konvensiyalarının pozulması da gündəmə gələ bilər".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->