Xəbər lenti

Kosmosdan görünür: 1986-cı ilin nəhəng aysberqi pinqvin adasına doğru irəliləyir
Dünya 22:55 30.05.2025

Kosmosdan görünür: 1986-cı ilin nəhəng aysberqi pinqvin adasına doğru irəliləyir

Alimlər iqlim dəyişikliyinin nəticələri barədə daha bir xəbərdarlıq ediblər. Getdikcə artan qlobal istiləşmə planetimizin simasını dəyişməyə davam edir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy" məlumat yayıb.

Hazırda Cənubi Atlantik okeanında sürüklənən və çəkisi bir trilyon tonu aşan nəhəng A23a aysberqi Cənubi Corciya adasına yaxınlaşır. Onmərtəbəli bina hündürlüyündə olan bu buz nəhəngi peyklərlə diqqətlə izlənilir, çünki onun sahilə oturması yerli ekosistem üçün fəlakətli nəticələrə səbəb ola bilər. 

A23a aysberqi okean üçün yeni deyil. O, 1986-cı ildə Antarktidada yerləşən Filxner buzlağından qoparaq formalaşıb. Uzun illər Veddell dənizində "park edilmiş" vəziyyətdə qalsa da, qlobal istiləşmənin təsiri ilə dəniz sularının temperaturunun artması onu yenidən hərəkətə gətirib.

Cənubi Corciya adası kral pinqvinlərinin koloniyaları və cənub dəniz fillərinin dünya üzrə populyasiyasının yarısı üçün yaşayış yeridir. A23a sahilə oturacağı təqdirdə bu canlıların dənizə çıxışı bağlana bilər. Keçmişdə baş vermiş bu kimi hadisələr kütləvi aclığa və lokal ekosistemin çökməsinə səbəb olmuşdu.
 


Alimlər həmçinin aysberqin yaxın zamanda parçalanaraq daha kiçik hissələrə bölünəcəyini proqnozlaşdırırlar. Lakin bu fraqmentlər də təhlükəlidir. Onların hərəkəti qeyri-müəyyən olur, bu isə həm dəniz canlılarına zərər verə, həm də gəmiçilik üçün risklər yarada bilər.

Kosmosdan aydın görünən A23a aysberqi yalnız tədqiqat obyekti deyil, eyni zamanda planetimizin iqlim sistemində baş verən dəyişikliklərin narahatedici siqnalıdır. Onun okeandakı səyahəti getdikcə daha çox hiss etdiyimiz qlobal istiləşmənin təsirlərini bir daha xatırladır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->