Xəbər lenti

Minifutbol-2025: İştirakçıları turnirlə bağlı fikirlərini bölüşdü (VİDEO)
Video 17:57 30.05.2025

Minifutbol-2025: İştirakçıları turnirlə bağlı fikirlərini bölüşdü (VİDEO)

21 may tarixindən Azərbaycanın paytaxtı Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı ərəfəsində turnirdə iştirak edən komandaların üzvləri mötəbər yarışla bağlı fikirlərini bölüşüblər.

Təşəbbüsü yüksək dəyərləndirən əcnəbi idmançılar və milli komandaların heyət üzvləri təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayıblar.

"Yüksəksəviyyəli təhlükəsizlik - bu, çox vacibdir. Bakıda isə təhlükəsizlik ən yaxşı səviyyədədir. Buraya ilk dəfədir gəlirəm. Kimsə Bakı haqqında soruşsa, mən yalnız müsbət fikirlərimi bölüşəcəyəm", − bosniyalı futbolçu Haris Medunyanin belə söyləyib.

Serbiyalı futbolçu Çedomir Tomçiç isə qeyd edib ki, Azərbaycana gəlmələri onların həyatında ən pozitiv xatirələrdən biri kimi qalacaq.

"Bakıda baş verənlər, sadəcə olaraq, möhtəşəmdir. İnsanlar çox mehribandırlar", - deyə serbiyalı futbolçu Çedomir Tomçiç əlavə edib.

Daha ətraflı Baku TV-nin süjetində:


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->