Xəbər lenti

Serbiyada hərbi zavodda partlayış - 7 nəfər xəsarət aldı
Dünya16:11 30.05.2025

Serbiyada hərbi zavodda partlayış - 7 nəfər xəsarət aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Serbiyada "Kruşik" hərbi zavodunda partlayış baş verib, nəticədə bir neçə nəfər xəstəxanaya yerləşdirilib.
"Report" xəbər verir ki, bu barədə "N1" telekanalı məlumat yayıb.
Qeyd olunub ki, hadisə nəticəsində yaralanan yeddi nəfər xəstəxanaya yerləşdirilib.
KİV-in məlumatına görə, partlayış pentaeritrittetranitratın (döyüş sursatları və onların kapsulları üçün istifadə olunan partlayıcı maddə) planlı preslənməsi işləri zamanı baş verib.
Qeyd edək ki, bir gün əvvəl Rusiyanın Xarici Kəşfiyyat Xidməti "Kruşik" zavodunda guya Ukrayna üçün döyüş sursatları istehsal olunduğunu bəyan edib.