Sumqayıt, Xırdalan və Abşeronun müəyyən ərazilərinə hər gün 1 manatlıq taksilər işləyir. Həmin taksilərin yolda 5-10 saniyə dayanması pik saatlarda hərəkətin intensivliyini demək olar ki, iflic vəziyyətinə salır.
ARB TV-nin "Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.
İllərdir müşahidə olunan bu mənzərənin qarşısını almaq üçün, Bakı Nəqliyyat Agentliyi (BNA) "20 Yanvar” dairəsi və ona yaxın ərazilərdə dayanma-durma qaydalarını sərtləşdirib. Bu qərarla qanunsuz sərnişin daşıyanlar ərazidən uzaqlaşdırılıb. Həmin nəqliyyat vasitələrindən istifadə edənlər isə küçələrdə qalıb.
Mövzuyla bağlı süjeti təqdim edirik:
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/JVJYrXA77uc" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">