Xəbər lenti

1 milyarddan çox uşaq təhlükə qarşısında: yoxsulluq, müharibə...
Dünya07:23 31.05.2018

1 milyarddan çox uşaq təhlükə qarşısında: yoxsulluq, müharibə...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Save the Children" təşkilatının hesabatına görə, dünyada 1,2 milyard uşaq təhlükə altındadır.
Qaynarinfo xəbər verir ki, dünyadakı uşaqların yarısından çoxu yoxsulluq, müharibə, cinsi ayrıseçkiliklə üz-üzədir.
Hesabatda bildirilir ki, 1 milyard uşaq yoxsulluq, 240 milyon uşaq müharibə, 575 milyon qız uşağı isə cinsi ayrıseçkiliyə məruz qalır. Azyaşlıların 1,2 milyardı bu təhlükələrdən azı 1-i, 20 ölkədə yaşayan 153 milyon uşaq isə hər 3 təhlükə ilə qarşı-qarşıyadır.
Statistikaya görə mövcud vəziyyət əvvəlki ildən daha yaxşıdır.
Uşaq hüquqlarının ən yaxşı vəziyyətdə olduğu ölkələr isə Sinqapur, Sloveniya, Norveç, İsveç və Finlandiyadır. 
Gülşən