Xəbər lenti

1 milyon dollarlıq müəllim axtarılır
Ölkə15:20 01.11.2013

1 milyon dollarlıq müəllim axtarılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyanın ən yaxşı müəllimini müəyyən etmək üçün, gələn il 1 milyon dollarlıq yarışma təşkil ediləcək.

ANN.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, müsabiqəni "Varkey GEMS" vəqfi ilə Birəşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət başçısının müşaviri və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum birlikdə təşkil edir. Şeyx Əl Məktum müəllimləri "Dəyişikliyin memarları" adlandırıb. 

Yarışmayla bağlı ətraflı məlumat gələn il açıqlanacaq. Mart ayında Dubayda təşkil ediləcək Qlobal Təhsil Forumunda namizədlərin siyahısı açıqlanacaq. Münsiflər heyətində müəllimlər və tələbələrlə yanaşı, keçmiş dünya liderləri və məşhur şəxslər də olacaq. Keçmiş ABŞ prezidenti Bill Klinton vəqf də önəmli yer tutur. 

Bu arada, Vəqfin araşdırmasına əsasən dünyada müəllimlərə ən çox hörmət edilən ölkələr müəyyənləşdirilib. Araşdırmaya əsasən, müəllimlərə ən çox hörmət edilən ölkə Çindir. Vəqfin keçirdiyi müsabiqədən sonra müəllimk peşəsinin prestijinin daha da atacağı gölənilir. 

Qaynar.info