Xəbər lenti

1 milyon insan bu gün mitinqə çıxacaq - İslahat tələbi ilə
Dünya10:55 24.03.2017

1 milyon insan bu gün mitinqə çıxacaq - İslahat tələbi ilə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
1 milyon insan islahat tələbi ilə küçələrə çıxacaq.
"Qaynar" cebhe.info-ya istinadən xəbər verir ki, 1 milyon iştirakçısı olacağı təxmin edilən mitinq İraqın paytaxtı Bağdadda keçiriləcək. 
Mitinqə Müktəda əs- Sədrin də qatılacağı gözlənilir və bu, içtirakçı sayını artıracaq. 
İraq Kürd Muxtariyyatının rəhbəri Bərzaniyə yaxınlığı ilə tanınan “Rudaw”ın xəbərinə görə, mitinqdə 1 miyondan çox insan iştirak edəcək və islahat çağırışı səsləndirəcək. 
Sədr Hərəkatı tərəfindən keçiriləcək aksiyalarla əlaqədar olaraq “Təhrir” Meydanının adının “İslahat” Meydanı qoyulduğu da yayılan xəbərlər arasındadır. 
Qeyd edək ki, artıq 2 ilə yaxındır hər cümə günü Sədr tərəfdarları islahat çağırışı ilə mitinq keçirir. Hər dəfə tələblərə yeniləri əlavə edilir. Bu dəfə isə mitinqə 1 milyon insanın çıxacağı güman olunur.
Qaynar.Az