Xəbər lenti

10 nəfər suda boğularaq ölüb
Ölkə11:24 01.08.2013

10 nəfər suda boğularaq ölüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu ilin iyul ayında Azərbaycan paytaxtında 14 suda boğulma hadisəsi qeydə alınıb.


Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi  Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev deyib. O bildirib ki, suda boğulma hadisəsindən 10-u ölümlə nəticələnib. Onun sözlərinə görə suda boğulanlardan 3 nəfəri xəstəxanaya yerləşdirilib, 1 nəfərə ilkin-tibbi yardım göstərilib: “Suda boğulma hadisələri çimərliklərlə yanaşı, həyətyanı hovuzlarda, kanallarda da qeydə alınıb. Ümumilikdə yay mövsümü başlayandan bu günə kimi Bakıda 27 suda boğulma faktı qeydə alınıb”.


Qaynar.info