Xəbər lenti

105 milyon dollarlıq narkotik ələ keçirildi (FOTO)
Dünya 20:28 19.10.2024

105 milyon dollarlıq narkotik ələ keçirildi (FOTO)

Meksika Hərbi Dəniz Qüvvələrinin bölmələri Miçoakan və Qerrero ştatlarının sahillərində keçirilən əməliyyat zamanı 8,3 ton narkotik maddə olan 6 qayıq ələ keçirib. 

Qaynarinfo xəbər verir ki, Hərbi Dəniz Qüvvələri bunu bir əməliyyatda ələ keçirilən "görünməmiş" yük adlandırıb. Tapılan maddənin dəyərinin 105 milyon dollar olduğu təxmin edilir və 23 saxlanlıb.

Meksikanın qərb sahillərindəki Lazaro Kardenas limanının cənub-qərbində patrul apararkən Meksika Hərbi Dəniz Qüvvələri ekipaj üzvlərinin həbs olunmaqdan qorxaraq dənizə şübhəli qeyri-qanuni maddə ilə dolu torbalar atdığı gəmi aşkarladığını bildirib. Sonradan narkotiklərin daşındığı altı qayıq tapılıb.

Xəbərdə deyilir ki, narkotiklər əsasən sürətli qayıqlarda daşınıb. Onlar dəniz aviasiyasının köməyi ilə aşkar edilib

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->