Xəbər lenti

11 rayon qazsız qalacaq
Ölkə06:20 10.10.2014

11 rayon qazsız qalacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu gün saat 12:00-dək İsmayıllı rayonunun bir hissəsinə, saat 13:00-dək Binəqədi rayonunun bir hissəsinə, saat 14:00-dək Yasamal rayonunun bir hissəsinə, saat 15:00-dək Xaçmaz rayonunun bir hissəsinə, saat 12:00-dan 16:00-dək Şamaxı rayonunun bir hissəsinə, saat 14:00-dan 16:00-dək Xətai rayonunun bir hissəsinə, saat 18:00-dək Ucar və Zərdab rayonlarına, saat 19:00-dək isə Sabirabad, Saatlı və İmişli rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələrin yaranması qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması, həmçinin mövcud qaz kəmərinin mənbəyə birləşdirilməsi ilə əlaqədardır.

Qaynar.info