Xəbər lenti

11 terroristə ömürlük cəza verildi
Dünya18:34 27.03.2016

11 terroristə ömürlük cəza verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Birləşmiş Ərəb Əmirliklərinin Ali Məhkəməsi 11 nəfəri terror hücumu hazırlanmasında əli olduğu üçün ömürlük cəzaya məhkum edib.

Məhkumlar həm də xarici terrorist qruplarla əlaqədə təqsirləndirilir.

Xəbər verilir ki, daha 25 nəfər isə 5 ildən 15 ilə qədər məhkum edilib. Yeddi nəfərə isə bəraət verilib.

Ümumilikdə BƏƏ-də 41 nəfər terror təşkilatı yaratmaqda günahlandırılır.

Qeyd edək ki, bu iş üzrə məhkəmə dinləmələri ötən ilin avqustundan başlayıb. (musavat.com)

Qaynar.info