Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş növbəti 119 namizəd barədə müsbət qərar qəbul olunub.
Nazirliyin mətbuat xidmətindən Qaynar.info-ya verilən xəbərə görə, Təhsil Nazirliyi Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan gəncləri təbrik edir, onların Azərbaycanın gələcək inkişafına töhfələr verəcəyinə əminliyini bildirib.
Bildirilib ki, bu günə qədər Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən 2013-2014-cü tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 601 namizəd barədə müsbət qərar qəbul edilib.
Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün sənəd vermiş digər namizədlər barədə müvafiq qərar qəbul olunduğu zaman bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyanın müsbət qərar verdiyi növbəti 119 namizədin siyahısı: