
Qaynar.info-nun redaksiyasına məktub daxil olub. Məktubda 13 yaşlı uşağın anası insanlardan kömək istəyir.
Həmin məktubun mətnini təqdim edirik:
"Mömin Cəlalın sizin köməyinizə ehtiyacı var. O, Miopatiya xəstəliyindən əziyyət çəkir. Artıq 3 ildir ki yerimir, əlil arabasındadir. Yavaş-yavaş əlləri də hərəkətini itirir, oturmaq onun üçün çətinləşir. Bu xəstəlikdən uşağın sümükləri əyilir. Getdikcə vəziyyəti ağırlaşır. Onu təcili Moskvaya müalicəyə aparmaq lazımdır. Bu müalicəyə vəsait lazımdır. Onlar çox kasıb dindar ailədirlər. 3 uşaqla kirayədə yaşayırlar. 6 aydır ki, həkimlə danışmışıq. Həkim uşağı təcili gətirməyimizi istəyib. Nə edəcəyimizi bilmirik, hara müraciət ediriksə, heç bir yerden bizə kömək etmirlər.
Cəlal hər dəfə namaz qılanda ALLAHA yalvarır ki, onu sağaltsın və od a bütün uşaqlar kimi məktəbə getsin.
Sizdən çox xahiş edirik, ALLAH xatirinə bu uşağa kömək edəsiniz. İmkanı olan şəxslər bu uşaqdan öz köməyini əsirgəməsinlər.
Tel: (050) 677 01 42
BANK HESAB AZ39IBAZ33801019442123736206 İSKANDAROV ELMAR (MƏLİKOV CƏLAL UCUN) ABB.Azerbaycan Beynelxalq Banki




