Xalasıoğluna ərə gedən qız vanna otağında intihar edib
Türkiyə Siirt vilayətinin Pervari rayonunda 1 ay əvvəl xalasının oğluna ərə verilən və hamilə olan gəlin intihar edib. Yerli mətbuatın xəbərinə görə, 14 yaşlı Zeynəb İnan yaşadığı evin vanna otağında özünü asıb. Gəlinin uzun müddət vanna otağından çıxmadığını görən ev sakinləri hamama daxil olaraq onun meyiti ilə rastlaşıblar. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
Meyit məhkəmə tibbi ekspertizasına təhvil verilib. Faktla bağlı istintaq başladılıb. /anspress/