Dərbənddə leysan yağışlardan sonra təxminən min yarım yaşı olan cənub qala divarının bir hissəsi çöküb.
Qaynarinfo xəbər verir ki, bu qala UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Şəhər Bələdiyyə başçısı vəzifəsini icra edən Rüstəmbek Pirmaqomedovun dediyinə görə, şəhər rəhbərliyi son bir neçə ildə bərpa işlərinin aparılması tələbi ilə dəfələrlə Mədəniyyət Nazirliyinə müraciət edib. Onun sözlərinə görə, qala nazirliyin səlahiyyət dairəsinə aid olduğundan şəhər müstəqil olaraq orada iş apara bilmir.
Bəzi məlumatlara görə, divarın zədələnmiş hissəsindəki çatlar iki ay əvvəl müşahidə edilib.
Alpər
<script async="" src="//www.instagram.com/embed.js">
//