Xəbər lenti

16 yaşlı futbolçu millidə rekord qırdı
İdman05:34 09.09.2023

16 yaşlı futbolçu millidə rekord qırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Barselona"nın gənc ulduzu Lamin Yamal İspaniya millisinin formasını geyinən ən gənc futbolçu kimi tarixə düşüb.
 
Qaynarinfo-nun məlumatına görə, gənc futbolçu AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində İspaniyanın Gürcüstana qarşı oyununda çıxış edərək bu rekorda sahib olub. 16 yaş 57 günlüyündə olan Yamal matçın 44-cü dəqiqəsində meydana buraxılıb. 
Digər tərəfdən futbolçu İspaniyanın Gürcüstanı səfərdə 7:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada da fərqlənib. O, 74-cü dəqiqədə komandasının qarşılaşmadakı son qolunu rəqib qapısından keçirib. 
Buna qədər rekord Yamalın komanda yoldaşı Qaviyə məxsus idi.
Səbuhi Həsənov