Ella Birçenouqun ölçüb-biçmədən atdığı addım onun, sözün həqiqi mənasında çıxılmaz vəziyyətə düşməsi ilə nəticələnibİngiltərənin Duvr şəhərində qəribə bir hadisə baş verib.
Şəhər sakini 16 yaşlı qız əlindəın düşürdüyü mobil telefonu götürmək üçün kanalizasiya quyusuna girib.
Amma Ella Birçenouqun ölçüb-biçmədən atdığı addım onun, sözün həqiqi mənasında çıxılmaz vəziyyətə düşməsi ilə nəticələnib.
Belə ki, Birçenouq sıxılıb qaldığı kanalizasiya quyusundan çıxa bilməyib.
Çarəsiz qalan 16 yaşlı qız xilıasedicilərə (Yanğından mühafizə xidməti) zəng vuraraq yardım istəyib.
Qızın quyudan xilas edilməsi anı isə həvəskarlar tərəfindən çəkilərək sosial şəbəkələrdə paylaşılıb. // ANS PRESS





