
Dənizdə 16 yaşlı qız batıb.
Qaynarinfo.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km aralıda nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 2000-ci il təvəllüdlü, Əliyeva Səmayə Vasif qızının cəsədi batdığı yerdən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qaynarinfo.Az