Gəncədə gəzmək adı ilə parka gedən qız itkin düşüb.
APA-nın məlumatına görə, Gəncə şəhər sakini Teyyubə Əsəd-Azər Nizami rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, əqli çatışmazlığı olan nəvəsi, 1997-ci il təvəllüdlü Türkan Məmmədova parka gəzməyə getmək adı ilə evdən çıxıb, bir daha geri qayıtmayıb.
Hazırda polis əməkdaşları 16 yaşlı qızın tapılması üçün tədbirləri həyata keçirirlər.