Xəbər lenti

160 mindən çox tələbənin təqaüdü artırılır - Tarix məlum oldu
Ölkə 17:03 29.07.2025

160 mindən çox tələbənin təqaüdü artırılır - Tarix məlum oldu

Azərbaycan Prezidentinin tələbə təqüdləri ilə bağlı imzaladığı müvafiq Sərəncam və Fərmanı 160 mindən çox tələbəni əhatə edəcək.

Bu barədə Qaynarinfo-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təqaüd məbləğlərinin artımı doktorantlar, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələri əhatə etməklə, ümumilikdə 160 mindən çox tələbəyə şamil ediləcək:

"Prezident təqaüdü üzrə artımı isə 200-dən çox tələbəni əhatə edəcək".

Qeyd edək ki, iyulun 24-də Prezident İlham Əliyevin sərəncam və fərmanları ilə tələbə təqaüdlərinin məbləği artırılıb.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->