Məşhur Hollivud aktrisası Cessika Alba 17 illik həyat yoldaşı, kinoprodüser Kaş Uorren ilə ayrılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə TMZ nəşri məlumat yayıb.
Cütlüyə yaxın mənbələr bildirib ki, Cessika Alba və Kaş Uorren artıq ayrı yaşayır və boşanmağa hazırlaşırlar. Lakin ayrılığın səbəbi haqqında hələlik rəsmi açıqlama verilməyib. Cütlük yayılan xəbərləri nə təsdiqləyib, nə də təkzib edib.
Son bir ay ərzində onların boşanma ərəfəsində olduğuna dair şayiələr yayılmışdı. 5 yanvar tarixində Cessika Alba "Qızıl Qlobus" mükafatı üçün keçirilən tədbirə həyat yoldaşı və üzük taxmadan qatılıb. Kaş Uorren isə Los-Ancelesdə gəzinti zamanı üzüyü olmadan görüntülənib.
Bununla belə, keçən həftə aktrisa sosial şəbəkələrdə ailəsi ilə birgə əyləncə parkında çəkilmiş foto paylaşıb. Şəkildə Cessika Alba, Kaş Uorren və üç övladı birlikdə görüntülənib.
Cessika Alba və Kaş Uorren 2004-cü ildə "Fantastik Dördlük" filminin çəkilişləri zamanı tanış olublar. 2008-ci ildə ailə quran cütlüyün üç övladı var: Onor Mari (16 yaş), Haven Qarner (12 yaş), Heys (7 yaş)..
Ayrılıq xəbəri, cütlüyün uzun illər boyu birgə qurduğu ailə həyatının bitməsinə dair təəssüf doğurub.
Aydın
Şərhlər