Xəbər lenti

17 yaşlı oğlan bıçaqlandı
Ölkə07:22 06.08.2013

17 yaşlı oğlan bıçaqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Göygöldə yeniyetmələrin mübahisəsi bıçaqlanma ilə nəticələnib.

Göygöl rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Üçtəpə kəndində baş verib. Kənd sakini 1996-cı il təvəllüdlü Sərxan Musayev şəxsi münasibətlər zəminində həmkəndlisi, 17 yaşlı Xəzər Qaraisayevi bıçaqlayıb. X. Qaraisayev döş və qarın nahiyəsinin çoxsaylı kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

Qaynar.info