Xəbər lenti

17 yaşlı qız özünü asdı - Cəlilabadda
Ölkə16:40 03.06.2016

17 yaşlı qız özünü asdı - Cəlilabadda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Cəlilabadda intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, Cəlilabad şəhərinin Azərbaycan küçəsində yaşayan 1999-cu il təvəllüdlü Səbinə Ümidvar qızı Quliyeva evlərinin birinci mərtəbəsində özünü iplə asaraq intihar edib. 17 yaşlı qızın özünü hansı səbəbdən öldürdüyü hələlik məlum deyil.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qaynarinfo.az