Xəbər lenti

17 yaşlı tələbə qız vəfat etdi
Ölkə19:23 04.09.2026

17 yaşlı tələbə qız vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tərtər şəhərində 17 yaşlı qızın ölümü ilə nəticələnən hadisə baş verib.

Qaynarinfonun Teleqraf-a istinadən xəbərinə görə, rayon sakini, 2009-cu il təvəllüdlü Ocaqova Aysu Nicat qızı ehtiyatsızlıqdan sirkə turşusu içib.

Yaxınları onun vəziyyətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya çatdırmağa çalışsalar da, Aysu yolda vəfat edib.

Məlumata görə, Aysu Ocaqova Ağdam Dövlət Sosial-İqtisadi Kollecində poçt rabitəsi ixtisası üzrə təhsil alırmış.

Faktla bağlı araşdırma aparılır.