Xəbər lenti

18 yaşlı gənc özünü güllələdi - Lerikdə
Ölkə07:13 30.03.2016

18 yaşlı gənc özünü güllələdi - Lerikdə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Lerikdə 18 yaşlı gənc özünü güllələyib.
Hadisə rayonun Livədirqə kəndində qeydə alınıb. Kənd sakini, 1998-ci il təvəllüdlü Elcan İzzət oğlu Zahidov ov tüfəngini təmizləyərkən tüfəng açılıb və güllə ona dəyib.

Nəticədə Elcan Zahidov yaralanıb. O, sağ çiyin qurşağının dəlib-keçən güllə yarası diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin həyata keçirdikləri müvafiq tibbi tədbirlərdən sonra Elcan Zahidovun vəziyyəti stabilləşib.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.//Apa Tv

Qaynar.info