
Yaxtanın həftəlik kirayəsi 3 500 avro idi
Türkiyənin məşhur istirahət mərkəzlərindən biri olan Bodrumda 2 milyon avro dəyərində olan lüks yaxta yanaraq yararsız hala düşüb.
ANS PRESS-in məlumatına görə, İngiltərə vətəndaşı Maykl Barlounun həftəsi 3 min 500 avroya kirayəyə götürdüyü yaxta qəfildən alışıb.
Hadisə yerinə yanğısöndürənlər cəlb edilib.
Yanğının qarşısı alınsa da 2 milyonluq yaxta yararsız vəziyyətə düşüb.












