
ABŞ-ın Texas ştatında hakim olan Harvey qasırğasından zərər görənlərin sayı artır.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, qasırğa böyük selə səbəb olub və 2 min nəfər xilas edilib. Ölənlərin sayı isə 5 nəfərə çatıb. Su altında qalan maşınlarda çox sayda cəsədin olması istisna edilmir.
Başlanğında 5 dəhşətli qasırğa dərəcəsindən 4-cü sırada qərarlaşan Harvey 1-ci dərəcəyə düşüb, lakin tropik qasırğaya çevrilərək özü ilə güclü yağışlar və dəhşətli sel hadisələri gətirib.
Şəhərdə axtarış-xilasetmə tədbirləri hələ də davam etdirilir.
Qeyd edək ki, qasırğa əraziyə çatmamışdan əvvəl 2 milyon insan sığınacaqlara yerləşdirilmiş, insanlar evlərini tərk etmiş, uçuşlar təxirə salınmışdı. Qasırğa səbəbilə ABŞ-ın körfəzdəki neft istehsalı 24% azalıb.
Prezident Donald Trampın sabah əraziyə səfər edəcəyi gözlənilir.
Gülşən
Qaynarinfo.Az







