Xəbər lenti

“20 Yanvar Dairəsi” sökülür (VİDEO)
Ölkə08:32 13.04.2020

“20 Yanvar Dairəsi” sökülür (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhərində qəzaların və tıxacların tez-tez baş verdiyi "20 Yanvar Dairəsi”ndə avtomobillərin hərəkətində dəyişiklik ediləcək.
Bizimyol.info xəbər verir ki, günün pik saatlarında bu dairədə yaranan tıxacın qarşısını almaq üçün dairənin ərazisində söküntü işləri aparılır. Belə ki, şəhər istiqamətində gəlib 20 yanvar dairəsinə girəndə 4 zolaq bir-birinə girirdi, bu da tıxac əmələ gətirirdi.
Məsələ ilə bağlı "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli Bizimyol.info-ya bildirib ki, "20 Yanvar Dairəsi”ndə yenidənqurma işləri aparılır.
"Dairə hazırda oval formasına salınır. Bu, Bakı-Sumqayıt yolunda tıxacın aradan qaldırılması istiqamətində aparılan işlərin tərkib hissəsindən biridir. Dairənin yaxınlığındakı metronun çıxışlarından birinin yeri dəyişdiriləcək. "20 Yanvar Dairəsi”ndən "Masazır Dairəsi”nə kimi bu işlər kompleks şəkildə aparılır”,- deyə A.Nəcəfli bildirib.
<iframe width="690" height="418" src="https://www.youtube.com/embed/_mqRdDObDQs" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">