
İspaniyanın tərkibində olan Kataloniya muxtar bölgəsinin keçirdiyi müstəqillik referendumundan sonra qeyri-hökümət təşkilatları liderlərinin həbsi böyük narazılığa səbəb olub.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Kataloniya Milli Assambleyası və "Omnium Cultural" adlı qeyri-hökümət təşkilatlarının liderləri Cordi Sançez və Cordi Suikartın həbsindən sonra 200 min kataloniyalı Barselona küçələrində İspaniya hökümətinin bu qərarına etiraz ediblər. Nümayiş iştirakçıları əllərində şam tutaraq "Siyasi məhbuslara azadlıq", "Yalnız deyilsiniz", "Bizə kömək et, Avropa" kimi şüarlar səsləndiriblər.
Qeyd edək ki, Sançez və Suikart əhalini təhlükəsizlik qüvvələrinə qarşı çıxmaq üçün təşviqdə ittiham edilir.



Gülşən
Qaynarinfo.Az