Xəbər lenti

2016-cı il ölkədə nə ilə yadda qaldı? - Siyasətçilər danışır
Ölkə12:55 22.12.2016

2016-cı il ölkədə nə ilə yadda qaldı? - Siyasətçilər danışır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2016-ci ildə Azərbaycanın ictimai-siyasi həyatında bir sıra hadisələr cərəyan edib. Bəs görəsən 2016ci il daha çox nə ilə yadda qalıb?

Qaynarinfo.Az bununla bağlı siyasətçilər arasında sorğu aparıb.

Milli Məclisin deputatı, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bildrib ki, 2016-cı il Azərbaycanda islhatlar ili kimi yadda qaldı: 

"Azərbaycan Konstitusiyasında dəyişiklik edildi. Bir sıra insanlara publik hüquqi şəxs statusu verildi. Maliyyə Bazarlarına Nəzarət palatası yaradıldı. Bunlar çox əhəmiyyətli məsələlərdir. Bunun müsbət mənada nəticələrini biz gələn ildən görməyə başlayacağıq".

Deputat vurğulayıb ki, 2016-cı il qalibiyyət ili kimi də yadda qala bilər: 

"Silahlı qüvvələrimiz aprel ayında cəbhə xəttində Ermənistan silahlı birləşmələrinin həmləsini dəf edərək, əks hücuma keçdi. Strateji yüksəkliklər ələ keçirildi. Bu onu göstərir ki, Azərbaycan ordusu qarşısına qoyulan vəzifəni yerinə yetirməyə hazırdır. Dağlıq Qarabağ məsələsində təşəbbüs birmənalı şəkildə Azərbaycanın əlinə keçib. Azərbaycan Ermənistana təzyiq siyasətini artırmaqda davam edəcək".

Aydın Mirzəzadə qeyd edib ki, 2016-cı il  yadımızda ağrılı məsələlərlə də qaldı:  

"Dekabrın 15-də Xəzər dənizində neftçilərin itkin düşməsi ilə nəticələnən böyük bir faciə baş verdi. Çox təəssüf ki, iki ildir hər ilin dekabrında Azərbaycan bu faciəni yaşayır.2016-cı ildə manatın dəyərdən düşməsi də əsas hadisələrdən biri sayılır. Neftin qiymətinin düşməsi, dolların uçot dərəcəsinin qalxması manatın dəyərdən düşməsinə səbəb oldu. Bu da şübhəsiz ki iqtisadi sektora təsir edən amillərdən biridir".

Deputat bildirib ki, 2017-ci ildə ilk növbədə Dağlıq Qarabağ probleminin həll edilməsini gözləyirik: 

"Sülhün bərqarar olmasını özümüz üçün prioritet sayırıq. İqtisadiyyatda sabitliyin yaranması, manatın artıq stabil bir mövqedə möhkəmlənməsi hakimiyyət qarşısında duran ciddi məsələdir. 2017-ci ildə yeni iş yerlərinin yaradılacağına, regionların sosial iqtisadi inkişafının artacağına, insanlarımızın sosial vəziyyətinin yaxşılaşacağını gözləyirik. Ordumuzun müdafiə qabiliyyətinin daima yüksəlməsi, beynəlxalq aləmə Azərbaycan haqqında həqiqətlərin çatdırılması üçün Xarici İşlər Nazirliyi və digər strukturlar vasitəsilə müvafiq səmərəli işin aparılmasını və beynəlxalq aləmdə nüfuzumuzun artmasını qarşımıza hədəf kimi götürmüşük".

Respublikaçı Alternativ Hərəkatının İdarə Heyətinin üzvü politoloq Azər Qasımlı bildirib ki, 2016-cı ildə ölkə daxilində heç bir siyasi hadisə olmayıb: 

"Müxalifət tamamilə susdurulmuş vəziyyətdədir. Yadda qalacaq bir siyasi hadisə olmadı. 2026-cı il iqtisadi məsələlər ilə yadda qaldı. Manatın devalvasiyası ilə iqtisadi böhran daha da dərinləşdi. 2017-ci ildə bu böhran daha da dərinləşəcək, sosial problemlər qabarıq şəkildə özünü göstərəcək. 2016-cı il 2017-ci ilə bir hazırlıq dövrü idi. Bu gün siyasətçilər, ictimai fəaliyyətlə məşğul olan şəxslər anlayıblar ki, 2017-ci ildə siyasi prosseslər baş verəcək. 2017-ci ildə iqtisadi böhran daha da dərinləşəcək, manatın devalvasiyası davam edəcək. Bu da ölkədə infilyasiya, qiymətlərin bahalaşmasına və özəl sektora ciddi təsir göstərəcək. O cümlədən dövlət idarəsində çalışan, büdcədən maliyələşən şəxslərin ixtisarına gətirib çıxaracaq".

Müsavat Partiyası başqanının müavini Elman Fəttah 2016-cı ilin ölkədə iqtisadi böhranla, manatın həddindən artıq devalvasiyaya uğraması və ölkədə insanların sosial vəziyyətinin daha da ağırlaşması ilə yadda qaldığını deyib: 

"2016-cı il aydın şəkildə hamıya göstərdi ki hakimiyyət böhranın qarşısının alınmasının və əhalinin vəziyyətinin daha da pisləşməsinin qarşısını almaq üçün heç bir addım atmaq niyyətində deyil. 2017-ci ildə vəziyyətin daha da ağır olacağı, indidən aydın şəkildə görünür. Ölkə əhalisinin iqtisadi, sosial vəziyyəti hər gün daha çox mənfiyə doğru gedir. 2017-ci il bu konteksdən yaşayacağımız ən ağır illərdən biri olacaq".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az