Xəbər lenti

Nazirdən yeni təyinat
Ölkə17:36 15.10.2016

Nazirdən yeni təyinat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına (RMX) yeni baş həkim təyin edilib. 

Qaynarinfo.Az Report-a istinadən xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə Azad Vaqif oğlu Hüseynov Ağcabədi RMX-nın baş həkimi vəzifəsinə təyin edilib. 

Qeyd edək ki, A.Hüseynov bundan əvvəl Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində kiçik elmi işçi kimi fəaliyyət göstərib. 

Xatırladaq ki, bundan əvvəl Ağcabədi RMX-da baş həkim vəzifəsini  Novruz Abbasov tutub. O, bir müddət əvvəl işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Qaynarinfo.Az