Xəbər lenti

Sabah bu ərazilərdə qaz kəsiləcək
Ölkə16:20 14.09.2016

Sabah bu ərazilərdə qaz kəsiləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah Abşeron və Hacıqabul magistral qaz kəmərləri sahələrində təmir işləri ilə bağlı qazın verilməsində məhdudiyyətlər olacaq.
Qaynarinfo.Az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 15-də saat 10:00-dan 17:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Hərbi-hissə” və Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Qaraməryəm-Yekəxana” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. 

Təmir müddətində Bakı şəhəri Xəzər rayonunun Xaşa-xuna bağ massivinin, həmçinin Göyçay rayonunun Şahsultanlı, Yekəxana, Qaraməryəm və Talış kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Qaynarinfo.Az