Xəbər lenti

Azərbaycan əhalisinin sayı açıqlandı
Ölkə06:55 16.06.2016

Azərbaycan əhalisinin sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb.

Qaynarinfo.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda bildirilib. 

Hesabata əsasən, ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 33,6 min nəfər və ya 0,3 faiz artaraq 9739,2 min nəfərə çatıb.

Əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olub.

Ölkə əhalisinin 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.

Qaynarinfo.az