Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə08:49 17.04.2016

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprelin 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Qaynar.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, səhər və gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə -8-11, gündüz 15-20 , Bakıda gecə 9-11, gündüz 18-20 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında da əsasən yağmursuz, səhər və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacaq.
Qaynar.info