Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə08:29 19.06.2015

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaxın günlərdə ölkə ərazisində müşahidə edilən hava temperaturunda ciddi dəyişikliyin olacağı gözlənilmir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, iyunun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Abşeron yarımadasında havanın temperaturu gecə 18-23˚, gündüz 29-34˚ isti olacaq.
Azərbaycanın rayonlarında da iyunun 20-də hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam dağlıq rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu aran rayonlarında gecə 19-24˚, gündüz 33-38˚, dağlarda gecə 12-17˚, gündüz 23-28˚ isti olacaq.
Qaynar.info