
Sabah mülayim yaz havası müşahidə olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 8-12˚, gündüz 15-20˚ isti olacağı gözlənilir.
Mayın 7-də Azərbaycanın bölgələrində də arabir yağış yağacağı, şimşək çaxacağı etimal olunur. Gündüz qərb rayonlarından başlayaraq yağıntının tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13˚, gündüz 17-22˚, dağlıq ərazilərdə gecə 2-5˚, gündüz 9-14˚ isti olacaq.
Qaynar.info