Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə09:38 28.04.2015

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Gecə və axşam bəzi yerlərdə zəif duman olacaq. Gündüz mülayim cənub küləyi əsəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə,  havanın temperaturu gecə 8-13, gündüz 15-20, bəzi yerlərdə 22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, qərb rayonlarında çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək.  

Havanın temperaturunun gecə 9-14, gündüz 19-24, bəzi yerlərdə 26, dağlarda gecə 3-8, gündüz 12-17, bəzi yerlərdə 20 dərəcə isti olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnoza görə isə yaxın 2 gün ərzində Abşeron yarımadasında əlverişli olan komfort hava şəraiti gözlənilir. 

Qaynar.info