Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə08:39 07.04.2015

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah Azərbaycanda mülayim hava müşahidə olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, aprelin 8-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyinə keçəcək.
Havanın temperaturunun gecə 5-8˚, gündüz 15-20˚ isti olacağı gözlənilir.
Aprelin 8-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu aran rayonlarında gecə 5-10˚, gündüz 16-21˚, bəzi yerlərdə 24˚ isti, dağlarda gecə 0-4˚, gündüz 9-14˚, bəzi yerlərdə 17˚ isti olacağı gözlənilir.
Qaynar.info