Xəbər lenti

Azərbaycan nefti ucuzlaşdı
Ölkə11:42 03.04.2015

Azərbaycan nefti ucuzlaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprel ayının 3-ə 57,01 ABŞ dolları/barrel təşkil edib.

ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumata görə, Azeri Light (CIF) ötən günə nisbətən 2,5% və ya 1,46 dollar ucuzlaşıb. 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,95 dollar ucuzlaşaraq 49,14 dollar olub.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti isə 2,15 dollar azalaraq 54,95 təşkil edib.

Qaynar.info