Xəbər lenti

Sabah çox isti olacaq
Ölkə10:15 10.03.2015

Sabah çox isti olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Martın 11-də ölkə ərazisində hava yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Qaynar.info-ya verilən məlumata görə, martın 11-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Cənub küləyi arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-12 dərəcə isti olacaq.

Martın 11-də Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub küləyi dağlıq və dağətəyi ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu aran rayonlarında gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-12 dərəcə isti olacaq.

Qaynar.info