Xəzər dənizində zəlzələ olub. Qaynar.info Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ fevralın 5-də saat 08:36-da qeydə alınıb.
Təkan 57 km dərinlikdə baş verib. Zəlzələnin episentrdə maqnitudası 3.9 olub. Təkan hiss olunmayıb.
Qeyd edək ki, Azərbaycanda sonuncu yeraltı təkan yanvarın 29-da Astaradan 16 km cənub-şərqdə Xəzər dənizində zəlzələ qeydə alınmışdı. Həmin titrəyiş də hiss olunmayıb.
Qaynar.info