Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə10:26 02.02.2015

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah ölkə ərazisində hava şəraitinin mülayim keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 3-də bəzi yerlərdə hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 5-8, gündüz 10-15 dərəcə isti olacaq. 

Azərbaycanın rayonlarında da çərşənbə günü hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Cənub-qərb küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.

Havanın temperaturu aran rayonlarında gecə 1-6, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 10-15 dərəcə isti olacaq.

Qaynar.info