Xəbər lenti

Hava necə olacaq?
Ölkə11:00 19.01.2015

Hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 20-də səhər hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə zəif duman olacağı və cənub-qərb küləyinin əsəcəyi gözlənilir. 

Gündüz hava şəraiti buludlu olacaq, arabir açılacaq, əsasən yağmursuz keçəcək, cənub-qərb küləyi əsəcək.

Axşam dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir, bəzi yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun səhər 4-6, gündüz 7-11 dərəcə isti, axşam 4 dərəcəyədək isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 mm civə sütununa düşəcək, nisbi rütubət gecə 85-95, gündüz 55-60 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında yanvarın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

Yanvarın 20-21-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti və meteoroloji amillərin zəif, mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Qaynar.info