
Prezident İlham Əliyev Bakı şəhərinin Yasamal rayonunda 20 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi ilə bağlı sərəncam verib.
Qaynar.info xəbər verir ki, sərəncama əsasən 20 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılıb.
Qaynar.info