Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə09:28 08.10.2014

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Oktyabrın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, səhər bəzi yerlərdə zəif çiskin olacaq, axşama doğru yağış yağacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-14, gündüz 16-21 dərəcə isti olacaq.

Sabah Azərbaycanın bölgələrində arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 15-20 dərəcə, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti olacaq.

Qaynar.info