Xəbər lenti

Bu gün dolların kursu neçədir? - CƏDVƏL
Ekonomiks 09:15 28.02.2017

Bu gün dolların kursu neçədir? - CƏDVƏL

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın fevralın 28-ə olan məzənnəsini açıqlayıb.

AMB-dən Qaynarinfo.Az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi fevralın 27-i ilə müqayisədə dəyişməyərək 1,7475 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8466 manatdan 1,8505 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0301 manatdan 0,0302 manatadək artıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4860 manatdan 0,4843 manatadək ucuzlaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1720 manatdan 2,1725 manatadək artıb. Gürcüstan larisinin məzənnəsi  0,6780 manatdan 0,6793 manatadək bahalaşıb.

Qaynarinfo.Az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->