Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlandı
Ölkə08:19 05.08.2017

Sabaha olan hava proqnozu açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İstirahət gününün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Qaynarinfo"ya verilən məlumata görə, avqustun 6-da Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, zəif şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeronda gecə 23-26° isti, gündüz 34-38° isti, Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, yağmursuz olacaq, zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 35-40° isti, dağlarda gecə 15-20°, gündüz 28-33° isti olacağı gözlənilir.

Qaynarinfo.Az